Modern.az

Hərbçilərin pensiyası ilə bağlı qanun yüz ölçülüb, bir biçilib

Hərbçilərin pensiyası ilə bağlı qanun yüz ölçülüb, bir biçilib

5 Dekabr 2023, 16:32

Dövlətimiz nə qədər resurslar, maliyyə vəsaiti sərf edir. Belə deyək, 25 ilə qədər artıq onlar kifayət qədər özlərindən sonra gələn nəsilə öz təcrübələrini ötürmək imkanına malik olacaq. 

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. 

 

“Əgər onların hərbi qulluqçu kimi beş il müddəti artırılırsa, onların pensiya təminatı 50 faizdən 65 faizə çatır. Eyni zamanda qeyd etmək istəyirəm, qoşun növlərindən asılı olaraq, hər il iki və ya üç faiz artacaq. 25 ildən çox xidmət edəcəksə, 75 faizin üzərində hesablanacaq. Ali Baş Komandanımız hərbçilərin qayğısına qalan insandır. Qanun layihəsi də möhtərəm Cənab Prezidentdən gəlib və bu, yüz ölçülüb bir biçilmiş qanun layihəsidir. Ona görə də dövlətimiz, xalqımız, hərbi qulluqçularımız üçün uğurlu olacaq”, - deyə komitə sədri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı