Modern.az

Spiker Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşdü

Spiker Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşdü

Parlament

30 Noyabr 2023, 18:26

Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.

 

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Spiker həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın münasibətlərin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına dair təşəbbüsləri və digər məsələləri diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI