Modern.az

Komitə sədri hərbçilərin pensiyasından danışdı

Komitə sədri hərbçilərin pensiyasından danışdı

Parlament

5 Dekabr 2023, 13:44

“Azərbaycan Ordusunun maddi-texniki təchizatının müasirləşdirilməsi, yeni çağırışlara cavab verən ən müasir hərbi texnikalarla təchizatı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm addımlar atılır, eyni zamanda institusional islahatlar geniş miqyas alır. O cümlədən hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına müvafiq olaraq bir və ya bir neçə il təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları vardır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sdəri Musa Quliyev bildirib 


“Məlum olduğu kimi, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması üçün ardıcıl addımlar atılır və dövlət başçısının 7 noyabr 2023-cü il tarixli Fərmanı ilə növbəti artım olaraq 2024-cü ilin əvvəlindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Yeni qanun layihələri qəbul olunduğu halda hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə, eyni zamanda, onların yekunda daha çox pensiya almasına imkan yaradacaq. Beləliklə, bir sıra qanunlarda (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda) nəzərdə tutulan dəyişikliklərin hər biri həm Ordumuzun, ölkəmizin müdafiə qabiliyyətinin, həm də hərbi qulluqçuların sosial təminatının daha da gücləndirilməsi hədəflərinə xidmət edir”,- deyə komitə sədri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi