Modern.az

"Hərbi ilə bağlı dəyişiklik olanda mənfiləri axtarıb tapmaq istəyirlər"

Parlament

5 Dekabr 2023, 15:52

“Parlamentin əsas məqsədi odur ki, qanunu müzakirə eləsin. Yəni çıxış edən deputatların heç biri demədi ki, biz bu qanunun əleyhinə, yaxud da lehinəyik”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

O qeyd edib ki, Milli Məclis demokratik bir qurumdur və bu demokratik mühitdə də müzakirə gedir.

 

"Hər kəs də öz fərqli düşüncəsini, fərqli fikrini ortaya qoyur. Əsasda səs çoxluğu ilə hansı fikir qəbul olunursa, o şəkildə də səs verir. Sosial şəbəkələrdə Azərbaycanı istəməyən insanlar var. Hərbi ümumiyyətlə ən həssas bir məqamdır. Bütün ölkələrdə hərbi ilə bağlı hər hansı bir dəyişiklik ortaya çıxanda onun mənfi tərəflərini axtarıb tapmaq istəyirlər. Bu isə lazım deyil. Əslində burada yeganə mübahisə doğuran bir məsələ beş il müddətin artırılmasıdır. Mən hesab edirəm ki, burada dəfələrlə söylənildi ki, bu, ordumuzun milli maraqlarımızı təmin edəcək qüdrətdə, gücdə olması üçün atılan addımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi