Modern.az

YAP-çı deputat müxalifəti Naxçıvana dəvət etdi: “Nədən qorxursunuz?"

YAP-çı deputat müxalifəti Naxçıvana dəvət etdi: “Nədən qorxursunuz?"

14 Sentyabr 2013, 10:47

“Naxçıvanda heç kim müxalifətə heç nə edən deyil, onlar nədən qorxurlar ki, bilmirəm”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Naxçıvandan olan deputat Eldar İbrahimov Modern.az saytına açıqlamasında bildirib.

YAP-çı deputat müxalifətdən olan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Naxçıvana səfər etməməsinə toxunaraq, qarşı tərəfin bu addımını pisləyib. E.İbrahimov müxalifəti Naxçıvana dəvət edərək, onları qorxmamağa çağırıb:

“Müxalifətin Naxçıvana qarşı münasibəti onunla əlaqədardır ki, onları Naxçıvanda dəstəkləyən insanlar yoxdur. Bu baxımdan müxalifət Naxçıvana getmək istəmir. Yoxsa Naxçıvanda da aşkarlıq, demokratiya, hər şey olduğu kimidir. Necə olur ki, beynəlxalq təşkilatlar gedib Naxçıvanda monitorinqlər aparırlar. Onlara Naxçıvanda nə edirlər ki, müxalifət də qorxub getmək istəmir.
Müxalifətin səsləndirdiyi fikirlərin səbəbi yoxdur, qeyri-ciddi fikirlərdir. İstər müxalifət olsun, istərsə də iqtidar, hökm deyil ki, Azərbaycanın bütün bölgələrində, kəndlərində görüş keçirsin.
Mən çox arzu edərdim ki, müxalifətdən olan namizədlər Naxçıvana getsinlər, qorxmasınlar. Naxçıvanda onlara heç kim heç nə etməyəcək. Getsinlər, təbliğatlarını aparsınlar. Hərçənd ki,  Naxçıvanda onlara maksimum bir-iki nəfər səs verəcək”-deyə YAP funksioneri qeyd edib.

Qeyd edək ki, müxalifət təmsilçilərinin seçkiqabağı səfər proqramlarına Azərbaycanın digər bölgələri daxil edilsə də, Naxçıvan bu siyahıya salınmayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...