Modern.az

Yükün itirilmiş sayılması üçün müddət azaldılsın - Deputat

Yükün itirilmiş sayılması üçün müddət azaldılsın - Deputat

8 Dekabr 2023, 12:30

“İlk növbədə qeyd edim ki, Aviasiya haqqında" Azərbaycan Respublikasının qanununun layihəsi müasir dövrün tələblərinə uyğun hazırlanıb. Aviasiya sahəsində yeniliklər, xüsusilə təhlükəsizliklə bağlı bir çox məsələlər layihədə öz əksini tapıb.  Amma qeyd edim ki, layihənin 1.1.14. beynəlxalq hava daşıması – birdən artıq dövlətin ərazisi üzərindəki hava məkanından keçən hava daşıması kimi təqdim olunur. Burada da redaktə xarakterli dəyişikliyə ehtiyac var”. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov bildirib.

 

“Dövlətlərin hava məkanı anlayışı aydındır və konkretdir. “Dövlətlərin ərazisi üzərindəki hava məkanı” anlayışı bir qədər qeyri-müəyyənlik yaradır, eyni zamanda müvafiq bəndin strurkturunu mürəkkəbləşdirir. Yəni  “ərazisi üzərindəki” ifadəsini bu bənddən çıxarsaq fikri daha dəqiq, sadə və aydın ifadə edilmiş olar. 

 

Ən vacib məqamlardan biri bundan ibarətdir ki, 65.3 bəndində göstərilir ki, baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa itirilmiş sayılır. Beynəlxalq praktikada bu ən çoxu 21 gündür. Azərbaycanın 2014-cü ildə qoşulduğu “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 17-ci maddəsinin 3-cü bəndində göstərilir ki, baqaj iyirmi bir gündən sonra çatmayıbsa, sərnişinin daşıma müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsinə icazə verilir. Hesab edirəm ki, layihədə göstərilən bu müddət beynəlxalq təcrübəyə və iştirakçısı olduğumuz konvensiyaya uyğunlaşdırılmalıdır”,-deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI