Modern.az

Qadınların əmək hüquqları genişləndirilir - Qanun qəbul edildi

Qadınların əmək hüquqları genişləndirilir - Qanun qəbul edildi

Parlament

8 Dekabr 2023, 13:12

Qadınların əmək hüquqları genişləndirilir.
 
Modern.az
xəbər verir ki, bu barədə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub.  


Qanun layihəsi birinci oxunuşda qəbul olunub.


Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər.
 
Mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin ezamiyyə getmələrinə də icazə yox idi.
 
Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları ərasında fərqi azaltmaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi