Modern.az

Bu, mənə şapalaq kimi dəydi - Aqil Abbas spikerdən üzr istədi

Bu, mənə şapalaq kimi dəydi - Aqil Abbas spikerdən üzr istədi

Parlament

8 Dekabr 2023, 14:20

“Mənim səhhətimlə əlaqədar vətəndən uzaqda olanda məni axtardınız, tapdınız, danladınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz?”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Aqil Abbas Milli Məclisin plenar iclasında bildirib. 

 

“Lakin mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə siz də dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu, mənə bir şapalaq kimi dəydi. Haqlısınız Milli Məclis bizim ailəmizdir. Buna görə sizə, bütün deputat dostlarıma təşəkkür edirəm. Bir də üzr borcum var. O gün 18 ildə ilk dəfə qanunu pozub ayaq üstdə durub danışdım. Buna görə də sizdən və deputat həmkarlarımdan bu hərəkətimə görə üzr istəyirəm”.

 

Spiker Sahibə Qafarova isə cavab olaraq Milli Məclisi həmişə ailə kimi gördüyünü bildirib: “Ayaq üstdə danışmağınıza görə isə üzr istəməyin. İndiyədək çoxları burada ayaq üstdə danışıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi