Modern.az

Bu əməliyyatlarla üçtərəfli razılaşmanın 4-cü maddəsi yerinə yetirilib

Bu əməliyyatlarla üçtərəfli razılaşmanın 4-cü maddəsi yerinə yetirilib

Parlament

8 Dekabr 2023, 16:33

“Bu ilin sentyabrda Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan tərəfi lokal antiterror tədbirləri həyata keçirib. Bu lokal xarakterli antiterror tədbirləri uğurlu həyata keçirilib”.


Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.


“Qeyd edim ki, bununla da üç ölkə - Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanan 10 noyabr tarixli razılaşmanın 4-cü maddəsi yerinə yetirilib. Eyni zamanda ökəmizin suverenliyi tam bərpa edilib. Antiterror tədbirlərindən sonra Qarabağdakı erməni əsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi