Modern.az

Avrasiya Qadınlar Forumu keçiriləcək

Avrasiya Qadınlar Forumu keçiriləcək

Parlament

8 Dekabr 2023, 16:58

2024-cü ilin sentyabr ayının 18-20-də Avrasiya Qadınlar Forumu keçiriləcək. Düşünürəm ki, bu forumun təşkili əlaqələrimin inkişafına öz töhfəsini verəcək. 

 

Modern.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın dekabrın 8-də Bakıda keçirilən 20-ci yubiley iclasında səsləndirib.  

 

O qeyd edib ki, ölkələrimiz arasında münasibətlər ittifaq səviyyəsindədir. Əlaqələrimiz parlament, ticarət sahəsində də qənaətbəxşdir:

 

“Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ildən ilə atır. Şimal-Cənub dəhlizi üzrə birgə layihələrin həyata keçirilməsi əhəmiyyətlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi