Modern.az

“Son danışıqlar sülhün əldə olunması üçün böyük ümidlər verir”

“Son danışıqlar sülhün əldə olunması üçün böyük ümidlər verir”

Parlament

8 Dekabr 2023, 17:06

“Son danışıqlar bizə regionda sülhün əldə olunması üçün böyük ümidlər verir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynli Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın dekabrın 8-də Bakıda keçirilən 20-ci yubiley iclasında səsləndirib.  


“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərimiz davam edir. Son danışıqlar bizə regionda sülhün əldə olunması üçün böyük ümidlər verir.  Azərbaycan tezliklə sülh sazişinin bağlanması məqsədilə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, hər iki ölkə gələcək münasibətləri ilə bağlı birgə qərar verməlidir. Ötən günlərdə Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunda sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçirilib”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi