Modern.az

Papuaşvili Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Papuaşvili Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Parlament

12 Dekabr 2023, 11:12

Dekabrın 12-də ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

 

Modern.az xəbər verir ki, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.


Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.


Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev  və  digər rəsmi şəxslər müşayiət ediblər.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI