Modern.az

Azərbaycanda bu atribut və simvolları nümayiş etdirənlər HƏBS OLUNACAQ

Azərbaycanda bu atribut və simvolları nümayiş etdirənlər HƏBS OLUNACAQ

12 Dekabr 2023, 14:50

Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.

 

Modern.az xəbər verir kibu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qanun layihəsinə görə, nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrupp şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədilikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə İə cəzalandırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI