Modern.az

CHP-də Azərbaycana yanlış siyasətə görə parçalanma: Yeni rəhbərlik Bakıdan kömək istəyir

CHP-də Azərbaycana yanlış siyasətə görə parçalanma: Yeni rəhbərlik Bakıdan kömək istəyir

Parlament

13 Dekabr 2023, 14:52

Türkiyə ilə Azərbaycan arasında münasibətlər yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də dostluq-qardaşlıq, müttəfiqlik istiqamətindədir. Bu münasibətlər həm hakimiyyətlər arasında, həm siyasi təşkilatlar tərəfindən qurulur. Türkiyənin siyasi təşkilatları da Azərbaycana qarşı hər zaman qardaşlıq nümayiş etdirirlər.

 

Lakin bir müddət əvvəl Türkiyənin müxalifətdə təmsil olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) əvvəlki sədri Kamal Kılıçdaroğlunun rəhbərliyi altında bu təşkilatda Azərbaycanla bağlı qərəzli çıxışlar, təxtibatçı açıqlamaların şahid olurduq. May ayında Türkiyədə keçirilən seçki öncəsi Kamal Kılıçdaroğlunun hədəflədiyi “Yeni İpək Yolu” layihəsi Azərbaycandan keçmirdi. Onun “xəritəsi”ndə bütün yollar Azərbaycandan, Xəzər dənizindən və Zəngəzurdan, eləcə də Orta Dəhlizdən yan keçirdi. Buna baxmayaraq onun bu yolu “Türk Dünyasının Xəritəsi” adlandırması Türk dünyasında səs-küyə səbəb olmuşdu. Bu yol nə Türkiyənin, nə də türk dünyasının milli maraqlarına xidmət edən yanaşma deyildi.

 

Bundan əlavə, seçkilər zamanı Xalqların Demokratik Partiyasının (HDP) Kılıçdaroğlunu dəstəklənməsi Türk dünyasında birmənalı qarşılanmamışdı.

Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz isə Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verməsini qınamışdı: “Təəssüf ki, biz Azərbaycana dəstək verdik”. O, bu açıqlamasından sonra sərt tənqidlərə məruz qalıb.

 

Təbii ki, bu açıqlamalar CHP-nin bütün üzvləri tərəfindən xoş qarşılanmırdı. Azərbaycan məsələsi partiya daxilində fikir ayrılıqlarına səbəb olmuşdu. İndi isə partiya daxilində üstünlük yeni cəbhəyə keçib. Onlar artıq Azərbaycana qarşı hər hansı addımı Türk Dünyasına xəyanət kimi qəbul edir. Hətta hakim partiyanın - AKP-nin bəzi qərarlarını dəstəkləməyə başlayıblar. CHP yenidən formalaşdıqdan sonra sədrin açıqlamalarında strategiyanın dəyişdiyinin şahidi oluruq.

 

Belə ki, yeni sədr Özgür Özel ilk xarici səfərini Şimali Kiprin ardınca Azərbaycana edəcəyini deyib. Məqsəd isə partiyanın Azərbaycanla bağlı yanlışlarını aradan qaldırmaqdır:

 

“Mən ilk səfəri Azərbaycana etmək istəyirdim, amma Bosniya və Herseqovinanın Dövlət Günü var və onu qaçırmaq istəmirəm. Biz planlaşdırırıq ki,  Azərbaycana keçmiş partiya sədrlərimizdən olan Hikmet Çətinlə gedək. Çünki onun Azərbaycanla münasibətləri var. Onun dövründə (Hikmet Çətin 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1995-ci ildə isə baş nazirin müavini, həmçinin CHP-nin sədri olub - red.) Ermənistanla sərhəd bağlanıb (1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Türkiyə-Ermənistan sərhədinin bağlanması nəzərdə tutulur-red.) Hörmətli Hikmet Çətin bir neçə günə Azərbaycana gedəcək. Təqvimə uyğun bir vaxtda isə birlikdə səfər edəcəyik”.

 

CHP rəhbərliyindəki mənbələrdən Modern.az-a verilən məlumata görə, partiya Türk dünyası ilə münasibətləri normallaşdırmaq üçün digər ölkələrə səfərlər də planlaşdırır və hətta səfər üçün rəsmi məktublar da göndərilib. Bu ölkələrin arasında qeyd etdiyimiz kimi, Azərbaycan da var. Məqsəd isə partiyanın Azərbaycanla bağlı yanlışlarını aradan qaldırmaqdır.

 

Azərbaycanla əlaqələrin aruolunan səviyyədə olmaması partiya arasında bölünmələrə də səbəb olub. Bu kimi amilləri nəzərə alaraq partiyanın əsas hədəflərindən biri Türk dünyası, xüsusilə də Azərbaycanla əlaqələrin qurulmasıdır. Bu məqsədlə partiya keçmiş səhvlərinin təkrarlanmayacağını diqqətə çatdırmaq niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI