Modern.az

Deputatlar payız sessiyasında hansı qanunları müzakirə etmədi?

Deputatlar payız sessiyasında hansı qanunları müzakirə etmədi?

Parlament

18 Dekabr 2023, 15:30

Milli Məclisin 2023-cü il payız sessiyasında qanunvericilik işləri planına daxil edilən 10 qanun layihəsindən 2-i müzakirəyə çıxarılmayıb.

 

Modern.az bu səbəblə payız sessiyada qanunvericilik işləri planına daxil edilən, amma qəbul olunmayan qanun layihələrini araşdırıb.  

 

Ümumilikdə, bildirək ki, payız sessiyasının qanunvericilik işləri planı aşağıdakı kimi formalaşıb:

 

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının,  Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
3. Rəqabət Məcəlləsinin layihəsi;
4. Aviasiya haqqında qanun layihəsi;
5. Qiymətləndirmə fəaliyyəti haqqında qanun layihəsi;
6. Dövlət ehtiyatları haqqında qanun layihəsi;
7. Energetika haqqında qanun layihəsi;
8. Ali təhsil haqqında qanun layihəsi;
9. Qeyri-maddi mədəni irsin qorunması haqqında qanun layihəsi;
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

 

Bunlardan “Qeyri-maddi mədəni irsin qorunması haqqında qanun layihəsi” və “Ali təhsil haqqında” qanun layihəsi Mİlli Məclisdə müzakirəyə çıxarılmayıb.

 

Nəzərə çatdıraq ki, bir neçə sessiyadır işlər planına salınan Rəqabət Məcəlləsi layihəsi uzun müddətdən sonra qəbul olunub. 

 

Uzun zamandır işlər planına salınan “Ali təhsil haqqında” qanun layihəsi isə bu il də qəbul olunmadı.

 

Onu da bildirək ki, ötən yaz sessiyasında Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsinə dair bir neçə ictimai dinləmə keçirib. Lakin sözügedən qanun layihəsinin qəbul edilməsinə nail olunmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI