Modern.az

Azad edilmiş ərazilərin deputatları harada səs verəcəklər... - İlk cavab Ceyhun Məmmədovdan GƏLDİ

Azad edilmiş ərazilərin deputatları harada səs verəcəklər... - İlk cavab Ceyhun Məmmədovdan GƏLDİ

Parlament

19 Dekabr 2023, 10:12

Azərbaycan  2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisinə hazırlaşır.


İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə də seçkilərə xüsusi diqqət yetiriləcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, azad olunmuş əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması təmin ediləcək.
 

Belə olan halda işğaldan azad edilmiş ərazilərin deputatlarının harada səs verəcəyi də maraq doğurur.
 

Modern.az saytı bu mözu ilə əlaqədar Qarabağ bölgəsini təmsil edən parlamentarlara müraciət edib.


Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən olan deputatı Ceyhun Məmmədov bildirib ki, o, məcburi köçkün kimi Bakıda qeydiyyatda olduğu üçün paytaxt ərazisindəki seçki məntəqəsində səs verəcək:

 

“Bildiyiniz kimi, kim harda qeydiyyatdadırsa, orada səs vermə şansı var. Mən Cəbrayıldan olsam da, məcburi köçkün kimi Bakı ərazisində qeydiyyatdayam. Ona görə də seçkilər zamanı paytaxtda səs verəcəyəm.
Amma imkan və fürsət yaranarsa, işğaldan azad edilmiş ərazilərdə səs vermək istəyərəm. Əgər hər hansı dəyişiklik olmazsa, onda səsverməyə təbii olaraq Bakıda gedəcəyəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI