Modern.az

Ailə münasibətlərinin bərpa olunması ailə üzvlərinin öz seçiminə buraxılacaq

Ailə münasibətlərinin bərpa olunması ailə üzvlərinin öz seçiminə buraxılacaq

Parlament

21 Dekabr 2023, 15:02

 Ailə münasibətlərinin bərpa olunması ailə üzvlərinin öz seçiminə buraxılacaq.

 

Modern.az-ın məlumatına görə, bunula bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

 

Mövcud Qanunun 4-cü maddəsində Qanunun şamil edildiyi şəxslər dairəsi yalnız ailə üzvlərindən ibarət olmadığından Qanun layihəsinin 7.0.4-cü və 8.0.8-ci maddələrindən “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması nəzərdə tutulur. Ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI