Modern.az

Vəzifəli şəxslər buna görə cərimələnə bilər

Vəzifəli şəxslər buna görə cərimələnə bilər

Parlament

21 Dekabr 2023, 15:04

Zərər çəkmiş şəxsə qısamüddətli mühafizə verilməməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

 

Modern.az-ın məlumatına görə, bunula bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsində qeyd edilib.

 

Dəyişikliyə əsasən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə verilməməsinə görə –vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI