Modern.az

Deputat dayələrlə bağlı cəza mexanizminin salınmasını təklif etdi

Deputat dayələrlə bağlı cəza mexanizminin salınmasını təklif etdi

Parlament

21 Dekabr 2023, 15:54

Milli Məclisin deputatı Jalə Əliyeva qanunvericiliyə dayələrlə bağlı cəza mexanizminin salınmasını təklif edib.

 

Modern.az-ın məlumatına görə, o, bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında çıxış edib.

 

Onun sözlərinə görə, dayələr birbaşa ailəyə yaxın insanlar olmasa da, zamanla ailənin fərdinə çevrilir: “Dayələr içərisində işini ləyaqətlə görən, baxdığı uşağı sevən olsa da, zorakılıq edənləri də var. Sosial şəbəkədə bununla bağlı çox sayda görüntülərin şahidi oluruq. Odur ki, qanunvericiliyə dayələrlə bağlı hər hansı cəza mexanizminin salınması yaxşı olardı”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI