““Koopersiyalar haqqında” qanun layihəsi bizdə ikinci oxunuşdadır. Artıq onu Prezident Aparatına təqdim etmişik, yəqin ki, müəyyən dəyişiklər edilib göndəriləcək”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
“Bu yaxınlarda Prezident Administrasiyasındakı mütəxəssislərlə əlaqə saxladıq və xahiş etdik ki, o məsələni bir az tələsdirsinlər. Bizə məlumat verildi ki, oktyabr ayında qanun layihəsinə son rəy veriləcək. Hesab edirəm ki, qanun layihəsini payız sessiyasında komitənin iş planına əlavə edə biləcəyik”.
Aytən ƏLİYEVA