Modern.az

2023-cü il Azərbaycanda hansı əsas hadisələrlə YADDA QALDI...

2023-cü il Azərbaycanda hansı əsas hadisələrlə YADDA QALDI...

Parlament

27 Dekabr 2023, 14:06

Başa çatmaqda olan 2023-ci il Azərbaycanda bir çox yaddaqalan hadisələrlə müşayiət olundu. Şübhəsiz ki, cəmiyyətimiz üçün bu hadisələrdən ən önəmlisi Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində erməni separatizminin kökünün kəsilməsi, qondarma "Artsax"ın "liderləri"nin həbs olunaraq Bakıya gətirilməsi, Azərbaycanın suverenliyinin bərpa olunmasıdır. 

Milli Məclisin deputatlarını mütəmadi olaraq sorğulara cəlb edən Modern.az saytı bu dəfə onlardan 2023-ci ilin ən yaddaqalan hadisələri haqqında soruşub.
 


Aydın Mirzəzadə
bildirib ki, 2023-də baş verən əsas hadisələri fərqləndirə bilmir:
 
“Bu il ölkəmiz üçün çox uğurlu olub, müxtəlif hadisələr baş verib. Bu hadisələri fərqləndirmək isə mənim üçün olduqca çətindir. Amma deyə bilərəm ki, cənəb Prezidentin Xankəndidə Azərbaycan bayrağını qaldırması hər bir azərbaycanlı üçün ən yadda qalan hadisədir”.

 


Arzu Nağıyev
 özünün təltif edilməsini xüsusi vurğulayıb:

“Mənim üçün bu il yaddaqalan hadisələr çoxdur. Amma cənab Prezidentin məni “Şöhrət” ordeni ilə təltif etməsi bu il şəxsimi sevindirən hadisələrdən bir idi. Buna görə də dövlət başçısına təşəkkürümü bildirirəm. Eyni zamanda sentyabrda ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Prezidentin Xankəndidə Azərbaycan bayrağını dalğalandırması ən yaddaqalan olay idi”.
 


Naqif Həmzəyev
 Prezident İlham Əliyevin Xankəndidəki çıxışını tarixi hadisə adlandırıb:

“Cənab Prezidentin Xankəndi meydanındakı tarixi çıxışı mənim üçün bu il unudulmaz hadisələrdən biri idi. Eyni zamanda dövlət başçısının Ağdərə, Xankəndi, Xocalıda üçrəngli bayrağımızı qaldırması ilin əsas hadisələri sırasında yer alır”.



Məlahət İbrahimqızı: 
“Bu il Azərbaycanın gündəmində həm beynəlxalq, həm də daxili hadisələr olub. Bir çox sahələrdə böyük uğurlar əldə olunub. Amma ən yaddaqalan hadisələr işğaldan azad edilmiş ərazilərlə bağlıdır. Həmin ərazilərə köç prosesi olub. Həmçinin cənab Prezident bu ərazilərdə Azərbaycan bayrağını dalğalanıdırıb. Ümid edirik ki, yaxın zamanda Xocalıya da köç prosesi başlayacaq. Nəticədə Xocalı soyqırımından əziyyət çəkənlərə bu proses ümid verəcək. Eyni zamanda beynəlxalq sahədə də çox böyük uğurlar qazanmışıq. Ölkəmiz bu il bir neçə beynəlxaıq forumlara ev sahibliyi edib. Bu proses gələn il də davam edəcək”.
 


Fatma Yıldırım
Xankəndidə keçirilən hərbi paradı bu il üçün ən vacib hadisə hesab edir:


“Bu il Xankəndidə keçirilən hərbi parad ölkə gündəmində ən yaddaqalan hadisələrdən biri idi. Hər bir azərbaycanlı kimi, mən də bu paradla fəxr edirəm. Cənab Prezidentin başçılığı altında ölkəmizin ərazi bütövlüyü, suverənliyi bərpa olundu. Bu, hər bir azərbaycanlı üçün çox böyük hadisədir”. 
 


Cavanşir Paşazadə:
“Bu il ölkə gündəmi çox zəngin olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa olunub. İndi bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Növbəti ildə keçiriləcək Prezident seçkilərinə start verilməsi də bu il böyük əks-səda doğurdu. Eyni zamanda ölkəmiz bu il beynəlxalq konfranlara da ev sahibliyi edib, bu da ölkənin nüfuzunu büynəlxalq platformalarda qaldırıb".

 

“Sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində ölkəninin suverənliyi bərpa olundu. Bu da bir neçə hadisələrə yol açmış oldu. Belə ki, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimin özünün buraxması vacib hadisələrdən biiridir.

 

Digər tərəfdən ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərə də ev sahibliyi edib. Həmçinin növbəti il Azərbaycanda COP29-un keçirilməsinin hüququnun verildi. Düşünürəm ki, bu qərar ölkəmizi beynəlxalq flatformada daha  da tanıtdıracaq. Azərbaycanın beynəlxalq tərəfdaşlardan olmasının tərəfdarıdır. 

 

Həmçinin növbəti ən yadda qalan hadisə isə növbəti il keçiriləcək olan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı prezidentin sərəncamıdır. Düşünürəm ki,  bu qərar ölkənin daha da uğurlara imza atmasına imkan yaradacaq”,- deyə deputat Kamran Bayramov bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI