Modern.az

\"Narkoloji dispanserlərə gedənlərin 70%-i orada 10-15 dəfə müalicə alanlardır\"

\

30 Dekabr 2023, 11:28

Narkoaludəçiyə mütləq psixoloji dəstək lazımdır. Çünki narkoloji dispanserlərə gedənlərin 70 %-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır.
 
Modern.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. 

 

“Bildirim ki, dövlət büdcəsindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün onların reabilitasiya mərkəzləri yaratmaq lazımdır. Xaricdən də belə təhdidlər var. Xarici ölkələrdən də ölkəmizə narkotikin daxil olması danılmaz faktdır. Bunun qarşısını biz indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI