Modern.az

Milli Məclisin ilk iclasının gündəliyi məlum oldu - 41 məsələ müzakirə olunacaq - SİYAHI

Milli Məclisin ilk iclasının gündəliyi məlum oldu - 41 məsələ müzakirə olunacaq - SİYAHI

25 Sentyabr 2013, 11:31

Milli Məclisin 2013-cü il payız sessiyasının qanunvericilik işlər planı artıq məlumdur.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin 2013-cü il payız sessiyasının qanunvericilik işlər planına 15 məsələ daxildir.

“Lakin bu son rəqəm deyil. Payız sessiyası dövründə Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında xeyli sayda qanun layihəsi daxil olur. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokrorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri də Milli Məclisə daxil olduqdan sonra onlara baxılır və müzakirə olunaraq qəbul edilir”.

A.Təvəkküloğlu bildirib ki, payız sessiyasının qanunvericilik işlər planına daxil olan 15 məsələ  cəmiyyətin bütün sahələrini əhatə edən qanun layihələridir:

“Birinci növbədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olacaq qanun layihələrinə baxılacaq. Daha sonra gündəliyə Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, “İctimai iştirakçılıq haqqında”, “Sosial sifarişlər haqqında” qanun layihələri, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi, “Reklam haqqında”, “Akreditasiya haqqında” - bu sırf iqtisadi baxımdan olan qanun layihəsidir, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Elm siyasəti haqqında”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklərin edilməsi haqqında”, “Uşaqların istirahətinin təşkili haqqında” və “Azərbaycan Respublikası qanunlarına dəyişiklər və əlavələr edilməsi haqqında” qanun layihələri daxildir”.

Akif Təvəükküloğlu sentyabrın 30-da Milli Məclisin 2013-cü il payız sessiyasının keçiriləcək ilk iclasının da gündəliyinin məlum olduğu bildirilib.

“Sentyabrın 30-da keçiriləcək iclasın gündəliyi də artıq hazırdır. Bu gündəliyə 41 məsələ daxildir. İlk olaraq Milli Məclisin 2013-cü il payız sessiyası qanunvericilik işləri planının təsdiq edilməsinə dair məsələ müzakirə ediləcək. Bir çox məsələlər hökümətlərarası sazişlərin, müqavilələrin təsdiq olunması ilə bağlıdır. Bir neçə qanunlara uyğun olaraq medallarla bağlı, xüsusilə yubiley medallarında dəyişiklər ediləcək ki, bu 20-ə yaxın qanuna şamil olunacaq. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi, İnzibati Prosessual Məcəllədə, Cinayət Məcəlləsində və bir sıra başqa qanunlarda dəyişiklər edilməsi nəzərdə tutulur”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...