Modern.az

Deputatların tətili başa ÇATDI

Deputatların tətili başa ÇATDI

15 Yanvar 2024, 08:10

Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

 

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Beləliklə, fevralın 1-dək olan müddətdə parlamentin komitələrinin iclasları keçiriləcək, komitələrin İş planları qəbul ediləcək, daxil olan qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI