Modern.az

Prezidentin təltif etdiyi komitə sədri Modern.az-a danışdı: Hələ də inana bilmirəm...

Prezidentin təltif etdiyi komitə sədri Modern.az-a danışdı: Hələ də inana bilmirəm...

17 Yanvar 2024, 15:46

Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
 

Modern.az bu münasibətlə komitə sədrinin təəssüratlarını öyrənib.


Saytımıza açıqlamasında Səməd Seyidov bildirib ki, hələ də təltif olunduğuna inana bilmir:

"Şöhrət" ordeni aldığıma hələ də inana bilmirəm. Bu xəbəri ilk tələbələrimdən aldım. Məni zəng edib ilk onlar təbrik etdilər. Cənab Prezident məni bu ordenə layiq gördüyünə görə çox sağ olsun. Minnətdaram".


Qeyd edək ki, sabah Səməd Seyidovun 60 yaşı tamam olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI