Orqan transplantasiyası əməliyyatları, sümük iliyi transplantasiyası əməliyyatları icbari tibbi sığorta çərçivəsində qarşılanması bizi sevindirir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu sahədə hələ problemlər qalmaqdadır: “İcbari tibbi sığortadan məmnunluq artsa da, bu xidmət ölkədə olan bütün xəstəlikləri qarşılaya bilmir. Bu da haqlı narazılığa səbəb olur. Səhiyyə komitəsi olaraq hesab edirik ki, icbari tibbi sığorta bir sıra xidmətləri çıxmaqla (estetik əməliyyatlar, stomatoloq işləri və s) bütün müayinə və müalicəni öz əhatə etməlidir. Onkoloji xəstəliklərin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması hələ də böyük problemdir. Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq.