Modern.az

Prezidentliyə namizəd deputatlar Milli Məclisin iclasına gəlmədilər

Prezidentliyə namizəd deputatlar Milli Məclisin iclasına gəlmədilər

30 Sentyabr 2013, 12:10

Bu gün Milli Məclisin 2013-cü il payız sessiyasının ilk iclası keçirilir. Modern.az saytı xəbər verir ki, iclas artıq başlayıb.

İclasda iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, prezidentliyə namizəd olan millət vəkillərindən yalnız Ümid Partiyasının sədri İqbal Ağazadə toplantıya qatılıb.
Namizəd kimi builki prezident seçkilərində iştirak edən millət vəkilləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc, İlyas İsmayılov isə Milli Məclisin bugünkü iclasında gözə dəymirlər.

Qeyd edək ki, Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, prezidentliyə namizədliyini irəli sürmüş millət vəkilləri iclaslarda iştirak etməyəcəksə, o zaman onlar yazılı şəkildə bunun səbəbini bildirməlidirlər.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...