Modern.az

Türkiyə ilə bağlı açıqlamalarda diqqətli olmalıyıq! - Deputatdan çağırış

Türkiyə ilə bağlı açıqlamalarda diqqətli olmalıyıq! - Deputatdan çağırış

Parlament

25 Yanvar 2024, 17:24

“ReAl partiyasının sədri İlqar Məmmədovun Avropa Şurası Parlament Assemblyasında baş verən hadisələrlə bağlı çıxışı və Türkiyə deputatlarını günahlandırması hesab edirəm ki, iki ölkə arasında əlaqələrə mənfi təsir göstərən yanaşmadır. Bu cür açıqlamalar ölkələrimiz arasındakı münasibətlərin inkişafına yox, zədələnməsinə səbəb ola bilər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

“İlqar Məmmədov da yaxşı bilir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub, hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib, Qarabağ zəfərində çox böyük rolu oynayıb. Bütün bunları bilə-bilə Türkiyənin ünvanına əsassız fikirlər səsləndirmək elə Avropa Şurasının bir sıra üzv dövlətlərinin marağına xidmət edir”, - deputat vurğulayıb.

C.Məmmədovun sözlərinə görə, hazırkı həssas məqamda belə bir açıqlamanın verilməsi qəbuledilməzdir.

“Bu gün Azərbaycan AŞPA-nın əsassız ittihamlarını müzakirə edərkən hədəfi və diqqəti bundan yayındırıb Türkiyəyə yönləndirmək, qardaş ölkəni günahlandırmaq heç bir məntiqə sığmır. Bu qətnamə sırf Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qərəzi və təxribatıdır.
Biz Türkiyə ilə qardaş və dostuq. Hazırkı dövrdə bu cür açıqlamalar Avropa dövlətlərinin maraqlarına xidmət edir. Ona görə hər kəs verdiyi açıqlamalarda çox diqqətli, ehtiyatlı və məsuliyyətli olmalıdır. Biz əsas diqqətimizi Azərbaycana qarşı ədalətsizliyə və qərəzə yönəltməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI