Modern.az

Fəzail Ağamalı Milli Məclisdə tək oturdu, Zahid Orucun yeri boş qaldı - FOTO

 Fəzail Ağamalı Milli Məclisdə tək oturdu, Zahid Orucun yeri boş qaldı - FOTO

30 Sentyabr 2013, 12:39


Prezidentliyə namizəd, millət vəkili Zahid Oruc bir müddət öncə Ana Vətən Partiyasının (AVP) sıralarından kənarlaşdırıldıqdan sonra onunla AVP sədri Fəzail Ağamalı arasında münasibətlər kəskinləşib. Bir vaxtlar isti münasibətləri ilə fərqlənən, uzun illər Milli Məclisdə “parta yoldaşlığı” edən deputatlar görəsən parlamentin bundan sonrakı iclaslarında da yanaşı əyləşəcəklərmi?

Modern.az saytının əməkdaşı bu gün payız sessiyasına başlayan Milli Məclisin iclasında adları çəkilən deputatlarla bağlı məsələni müşahidə etməyə çalışıb. Amma məlum olub ki, Zahid Oruc iclasa gəlməyib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə tək oturub, onun yanındakı kreslo boş qalıb.
İndi maraqlıdır, AVP-dən çıxarılan Zahid Oruc keçmiş sədrinin yanında oturacaqmı?

Növbəti iclası gözləyək..

A.Qorxmaz 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...