Modern.az

Vitse-spiker: “Prezidenti hüquqi cəhətdən qoruya bilmirik”

Vitse-spiker: “Prezidenti hüquqi cəhətdən qoruya bilmirik”

30 Sentyabr 2013, 12:50

Modern.az xəbər verir ki, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov seçki debatları zamanı dövlət başçısına qarşı yönəklən təhqirlərdən ciddi narazılıq bildirib. O müxalifəti ittiham edərək, heç bir proqram təqdim etmədiyini deyib.

“Müxlaifət seçkiyə İsgəndər Həmidovun psixologiyası ilə gedir. 20 il ərzində onlar dəyişə bilməyiblər. İndi də İsgəndər Həmidovdan seçki əzabkeşi obrazı yaradıblar” deyə vitse-spiker bildirib. O, seçki kampaniyası zamanı təhqiramiz ifadələr səsləndirilməsini pisləyərək, deyib ki, dövlət başçısının təhqir olunması yolverilməzdir.

“Prezident niyə təhqir olunmalıdır? Prezidentin toxunulmazlıq hüququ var. Bu gün yerindən duran ona təhqirlər yağdırır. Bu heç bir mənaviyyata, mədəniyyətə sığmır. Prezident deyib ki, “mənim haqqımda nə qədər yazsalar da, onları məhkəməyə verməyəcəm”. Amma bu o demək deyil ki, prezident təhqir olunmlalır. Ölkə qnaunlarına görə, prezidentin toxunmazlıq hüququ var və o, dövlətin simvoldur”.

Daha sonra vitse-spiker dövlət başçısını hüquqi müstəvidə müdafiə edilməsinin zəruri olduğunu bildirib.
“Biz prezidenti hüquqi cəhətdən qoruya bilmirik. Təklif edirəm ki, bu məsələlərlə bağlı hüquqi müstəvidə ciddi addım atılsın. Dövlət başçısının qanunla nəzərdə tutulmuş səlahiyyətlərinə hamı hömət etməlidir”.

Z.Əsgərov deyib ki, Konstitusiyada prezidentin şərəf və ləyaqətinin qanunla qorunduğu bildirilsə də, Milli Məclis həmin qanunu qəbul etməyib:
"Mən təklif edirəm ki, biz o qanunu qəbul edək. Mən payız sessiyasında prezidentin şərəf və ləyaqətinin müdafiə edilməsi ilə bağlı qanunun qəbul olunmasını təklif edirəm. Sizdən bu məsələdə dəstək istəyirəm”.

Milli Məclisin sədri Oqtay Əsədov belə bir qanun layihəsinə baxılmasını mümkün sayıb. Prezidentliyə namizədlərin debatlarından danışan Oqtay Əsədov hər kəsin öz səviyyəsini göstərdiyini vurğulayıb: “Xalqımız müdrikdir və hər şeyi görür. Bəziləri üzərinə üç yorğan atsa da, eybi yenə görünəcək. Biz bu qanun layihəsi məsələsinə də baxa bilərik. Seçkidə fəal iştirak etməli və bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir”.



Aytən Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...