Modern.az

Milli Məclisə akreditə olunan jurnalistlərin sayı açıqlandı

Milli Məclisə akreditə olunan jurnalistlərin sayı açıqlandı

1 Oktyabr 2013, 12:41

Milli Məclisin payız sessiyası iclaslarını işıqlandırmaq üçün 63 Kütləvi İnformasiya Vasitəsi parlamentdə akreditasiyadan keçib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, bunlardan 13-ü televiziya, 1-i radio, 28-i qəzet və 21-i agentlikdir.

A.Təvəkküloğlu akreditasiya üçün müraciət edənlərin arasında 3 və ya 4 aydan bir nəşr edilən mətbu orqanların da olduğunu bildirib.

“Bizə akreditasiya üçün müraciət edənlərin hər birinin monitorinqini aparırıq. Daxili Nizamnaməyə, “Akreditasiya haqqında” Qanuna uyğun gəlməyən KİV-lərə müsbət rəy vermirik. Təbii ki, bu sessiya dövrünü işıqlandırmaq üçün müraciət edən belə mətbu orqanlar da var idi və onalrın heç birinin məktubu qəbul edilmədi”.

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...