Modern.az

Deputat yollarda sürət həddinin endirilməsinə ETİRAZ ETDİ

Deputat yollarda sürət həddinin endirilməsinə ETİRAZ ETDİ

Parlament

1 Fevral 2024, 12:42

“Bizim yollar dəyişib, insanlar artıb. Yol və yollardan istifadə ilə bağlı müəyyən qaydalar tətbiq olunarkən ilk olaraq vətəndaşların rahatlığı, rifahı nəzərə alınmalıdır”.
 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Məmmədov deyib.
 

“Yollarda sürət həddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ var. Sürət məhdudiyyətləri qoyanlar hesabat, müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır? Sürət 110 saatda km olanda qəza nə qədər olub, saatda 90 km olanda nə qədər qəza baş verib? Zəhmət çəkib hesabatla çıxış etsinlər. Sürət həddi aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüz-özümüzü zəhərləyirik. Sürət həddinin azaldılması vətəndaşlarda stress də yaradır və həm də sağlamlığımıza təsir edir. Eyni məsələlər Bakı-Quba, Bakı-Gəncə yoluna da aiddir. Sürət həddi bu yollarda da 110-dan 90-a endirilib. İkinci məsələ indi şəhərdə yolları zolaqlamaq dəbi düşüb. Deyirlər avtobus yoluna girmək olmaz. Bu hərəkət yolun yükgötürmə qabiliyyətini artırmır, yollarda tıxacı azaltmır. Bu yaxınlarda Bakı -Sumqayıt yolunda yeni zolaq yaradıblar. Biz baxsaq görərik ki, bu tıxacları artırıb, əlavə problem yaradırlar. Velosiped zolaqları yaradırıq. Qış Parkının yanında yeni velosiped yolu çəkiblər. Qış Parkıyla gedirsiniz, birdən zolaq qırılır, çünki kiminsə zirzəmisi, balkonu qabağa çıxır. Velosiped istifadəçisi də məcburdur ki, qırılan hissələrdə yenə avtomobil yoluna çıxsınlar. Bununla nəyə nail olmaq istəyirik bəlli deyil. Yol zolağı genmişləndirilmədən belə zolaqları çəkmək olmaz. Bununla məşğul olan subyekt zəhmət çəksin hesabatı olsun. Kor-koranə hər yerdə var, bizdə də olsun prinsipiylə yanaşmaq olmaz”,- deyə o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada