Modern.az

Satışdakı qidalar gələcəyimizi məhv edir! - Milli Məclisdə həyəcan təbili ÇALINDI

Satışdakı qidalar gələcəyimizi məhv edir! - Milli Məclisdə həyəcan təbili ÇALINDI

1 Fevral 2024, 13:04

"Biz narkotikdən qorxuruq, amma ondan daha təhlükəli qidalar var".
 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
 

 “Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. Məsələn, “Coco-Cola”, “Fanta” uşaqların həyatını məhv edir. Evdə uşaqlara yemək yedirə bilmirik. Uşaqların istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Geni dəyişdirilmiş qidalar uşaqlarımızı cəlb edirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Bu, məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimin, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızdan su çıxır, gedirik, mağazamıza Fransadan belə su gətirilir, amma bizim sular yoxdur. Bu məsələ üzərində işləməliyik”, - deyə deputat həyəcan təbili çalıb.


Deputat Tahir Kərimli isə deyib ki, Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının hər birinin üzərində onun geni dəyişdirlmiş (GMO) tərkibdə olub-olmaması qeyd edilməlidir.

“İndi heç kim acından ölmür. Bütün insanların 90 %-i GMO-lu qidalar yediyi üçün xəstə olur, sürünə-sürünə yaşayırlar. Gədəbəydə kartofu bölürsən, görürsən ki, içindən su çıxır. Görünür ki, suyuna qatqı qatılır. Bu yaxınlarda İqtisadiyyat Nazirliyində qanun layihəsi hazırlanır ki, Azırbaycanda GMO-lu məhsulların istehsalına imkan verilsin. Mən bu qanunun hazırlanmasını eşitmişəm. Amma bundan çəkinmək lazımdır. Azərbaycan xalqı sağlam yaşamalıdır. Bir çox dövlətlərdə GMO-lu yemlər heyvanlara yedirilir. Biz Azərbaycan xalqını başdan-ayağa xəstə etməyə çalışırıq? Azərbaycan əhalisini GMO-lu məhsullardan, öldürücü məhsullardan xilas etmək lazımdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada