Modern.az

Azərbaycanda qida zəhərlənməsi hallarının artıb

Azərbaycanda qida zəhərlənməsi hallarının artıb

Parlament

1 Fevral 2024, 13:50

Azərbaycanda qida zəhərlənməsi hallarının artıb.


Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında “Qida təhlükəsizliyi haqqında” qanuna təklif edilən dəyişiklərin müzakirəsi zamanı deputat Azay Quliyev bildirib. 


“Bununla bağlı məsələdə statistika düzgün aparılmalıdır. Bu gün qida zəhərlənmələrindən ölənlərin sayı artıb. Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) üçün ciddi siqnal olmalıdır. Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir. AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir. Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır”,-deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!