Modern.az

“İkinci dəfə Həccə getməkdənsə...” - Məkkəni su yoluna döndərənlərə ÇAĞIRIŞ 

“İkinci dəfə Həccə getməkdənsə...” - Məkkəni su yoluna döndərənlərə ÇAĞIRIŞ 

Parlament

12 Fevral 2024, 17:18

Hər il Azərbaycanda Həcc ziyarətinin qiyməti açıqlanan zamanı onun yüksək olması ilə bağlı geniş müzakirələr açılır. Təbii ki, müzakirələrə qoşulanların əksəriyyəti qiymətlərin qalxmasından şikayətlənir.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Artıq sosial şəbəkələrdə Həcc ziyarətinin qiymət gündəm mövzusuna çevrilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da məsələ münasibət bildirib.

Millət vəkili Modern.az-a açıqlamasında deyib:

“Əvvəllər də qeyd etdiyim kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir.

Sosial mediada Həcc ziyarətilə bağlı gedən müzakirələrə gəldikdə, hər kəs bilməlidir ki, imkanı olan müsəlman ömründə bir dəfə mütləq bu ibadəti yerinə yetirməlidir. Çünki Həccə getmək İslam dininin vacib şərtlərindən biridir”.


Həcc ziyarətinə getmək üçün verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə deputat bunları deyib:

“Söhbət ikinci dəfə Həccə getməkdən gedirsə, bəli, həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür”.


Ceyhun Məmmədov hesab edir ki, cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir.

“Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var.

Necə ki hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əlavə “əllaməlik” etməyə ehtiyac yoxdur. Çünki hesab o dünyada çox ağır olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi