Modern.az

Rusiyada neokolonializm mövzusunda forum keçiriləcək

Rusiyada neokolonializm mövzusunda forum keçiriləcək

Parlament

13 Fevral 2024, 18:00

Rusiya Federasiyasında neokolonializm mövzusunda beynəlxalq forum keçiriləcək.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, Azərbaycanı bu tədbirdə Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov təmsil edəcəklər.

 

Səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq foruma qatılacaq, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu