Modern.az

Su müharibələrinin başlanması ehtimalı böyükdür - Deputat

Su müharibələrinin başlanması ehtimalı böyükdür - Deputat

Parlament

16 Fevral 2024, 11:07

“Azərbaycanda tələb olunan su resurslarının miqdarının təxminən 7-8 dəfə çox olmasına baxmayaraq, ölkəmiz su qıtlığı ilə üzləşmə riski olan dövlətlər sırasında 18-ci yerdədir. Belə ölkələrin sayı 33-dür".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib. 


Deputat bildirib ki, su itkilərinin qarşısının alınması haqqında xüsusi düşünmək lazımdır:

 

"Bu gün obrazlı desək su müharibələrinin başlanması ehtimalı böyükdür. Bəlkə də belə müharibələr və münaqişlər baş verir. Bu gün qlobal müstəvidə su resursları uğrunda ciddi mübarizə gedir".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu