Modern.az

Məhkəmə islahatlarına ciddi ehtiyac var, vəziyyət acınacaqlıdır - Deputat

Məhkəmə islahatlarına ciddi ehtiyac var, vəziyyət acınacaqlıdır - Deputat

16 Fevral 2024, 11:56

“Azərbaycanda bu gün məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınaqlıdır. Bununla əlaqədar çox sayda vətəndaş narazılığı var. Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.


“Baxmayaraq ki, bunun səbəbi soruşulanda cava verirlər ki, guya işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu həqiqətdə belə deyil. Bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət yetirməliyik. Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu