Modern.az

Onlara 15 gün küçəni süpürtmək lazımdır - Deputatdan TƏKLİF

Onlara 15 gün küçəni süpürtmək lazımdır - Deputatdan TƏKLİF

16 Fevral 2024, 12:10

“Ödənişli yollarda özbaşınalıq edənlərə, heç olmasa, 15 gün küçə süpürtmək lazımdır”.


Modern.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib. 

 

“Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, - S.Novruzov deyib.


O,Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaratdığını bildirib:
“Avtobus üçün nəzərdə tutulan zolaqda həmin nəqliyyat vasitəsi olmayanda minik avtomobillərin istifadəsi üçün şərait yaradılmasını tənzimləmək lazımdır. Tramvayların çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu