Oktyabrın 3-də Brüsseldə Avropa Parlamentinin Azərbaycandakı prezident seçkiləri ilə bağlı müzakirələrində iştirak etmiş deputatlar Fuad Muradov, Asim Mollazadə və Çingiz Əsədullayev bu gün mətbuat konfransı keçiriblər. Modern.az-ın məlumatına görə, deputat Fuad Muradov bildirib ki, Avropa Parlamentində təşkil olunmuş seminar “Azərbaycanda prezident seçkiləri, əməkdaşlıq imkanları” adlansa da, əslində tədbirin mahiyyəti Azərbaycanın əleyhinə olub. Deputat qeyd edib ki, onlar Azərbaycanda milli azsaylı xalqların problemlərini müzkairə edəcək bir tədbirdən təəccübləniblər.
“Bu Avropa Parlamentinin tədbiri deyil, Hollandiyadakı liberal-demokrat qrupunun seminarı idi. Avropa parlamentinin hər bir üzvünün belə seminar keçirmək hüququ var. Çox qəribədir ki, bu tədbirə “Avropada tanınmayan xalqların təşkilatı” adlı qurumun nümayəndələri dəvət olunmuşdu. Tədbir əvvəldən axıradək Azəırbaycanın əleyhinə olan nitqlərlə müşayiət olundu” deyə deputat vurğulayıb. Onun sözlərinə görə bu heç də təsadüfi deyil.
“Bu ilin noyabrında Vilnüsda Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin sammiti keçiriləcək. Azərbaycanın da orada iştirakı planlaşdırılır. Azərbaycanın Avropa ilə starteji əməkdaşlığına dair mühüm sənədlər imzaladığı məqamda həmişə belə müzakirələr təşkil olunur. Bu isə müəyyən maraqlı dairələrin planlaşdırılmış addımdır”.
Deputat Asim Mollzadə deyib ki, Vilnüsda Azərtbaycanın bir sıra mühüm sənədlər imzalayacağı gözlənilir. O, qeyd edib ki, bu sırada vizaların sadələşdirilməsi məsələsi var.
“Azərbaycanla Avropa Birliyi strateji əməkdaşlıq sənədinin hazırlanması üzərində iş gedir. Məhz belə həssas məqamda Avropa Parlamentində bu tədbirin təşkil olunması uzağa gedən nəticələrdən xəbər verir”.
Asim Mollazadə bildirib ki, Ermənistan Gömrük İttifaqı sənədini imzalamaqla faktiki Avropa ilə əməkdaşlıqdan kənarda qalıb. Odur ki, Bakının Avropa ilə belə isti əlaqələri bir sıra dairələrin xoşuna gəlmir və bu əlaqələri əngəlləmək yolunda fəaliyyətə keçiblər.
“Bu tədbirə “Ləzgi Mədəni Muxtariyyəti”nin rəhbəri Akif Kərimov da dəvət olunmuşdu. Hətta elan etdilər ki, “Talış Muğan Respublikası”nın “prezidenti” Ələkrəm Hümmətov Ermənistanda olduğu üçün iştirak edə bilmir. Mən bildirdim ki, Azərbaycanda azsaylıq xalqların hüquqlarının qorunması üçün dövlət səviyyəsində sənədlər imzalanıb və hər hansı etnik zəmində münaqişə yoxdur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanı Avropaya inteqrasiyadan kənarda qoymaqdır” deyə deputat bildirib.
Deputatlar deyiblər ki, seminarda iştirak edən seperatçı təşkilatların rəhbərlərinə çıxış etmək imkanı verilsə də, azərbaycanlı deputatlara bir dəqiqəlik reqlament qoyulub. Gərgin şəraitdə keçən seminarda ləzgi və digər təşkilatların nümayəndələri azərbaycanlı deputatlara sayğısızlıq nümayiş etdirib və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər.
Millət vəkili Fuad Muradov Müsavat başqanı İsa Qəmbərin bu müzakirələrdə passiv iştirakından narazılıq edib. “Bu tədbirin təşkil edən liberal-demokrat qrup Müsavat Partiyası ilə bir blokda müttəfiqdir. Müsavat Partiyası bu məsələni gündəliyə salınmasına öz etirazını bildirə bilərdi. Amma biz bunun şahidi olmadıq”.
Millət vəkillıəri bildiriblər ki, tədbirdə iştirak edən avropalı parlamentarilər bu müzkairələrdən təəssüfləndiyini bildiriblər və Azərbaycana dəstək nümayiş etdiriblər.
Aytən Əliyeva