Modern.az

Numan Kurtulmuş bu gün Azərbaycana gəlir

Numan Kurtulmuş bu gün Azərbaycana gəlir

21 Fevral 2024, 11:20

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş bu gün Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, onun rəhbərlik etdiyi nümaayəndə heyəti fevralın 22-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edəcək.

 

Qeyd edək ki, Asiya Parlament Assambleyasının 14-cü plenar iclası Bakıda keçiriləcək.

 

Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun bəyanatı qəbul olunacaq.

 

Xatırladaq ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?