Modern.az

Parlament Fikrət Məmmədovun təyinatını TƏSDİQLƏDİ

Parlament Fikrət Məmmədovun təyinatını TƏSDİQLƏDİ

Parlament

23 Fevral 2024, 11:38

Milli Məclisdə Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılıb.

 

Milli Məclis Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təsdiqləyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev ötən günlərdə sabiq ədliyyə naziri Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir