Modern.az

Dövlət orqanlarında yaş həddini aşan insanların vəzifədə qalmasını görürük

Dövlət orqanlarında yaş həddini aşan insanların vəzifədə qalmasını görürük

Parlament

23 Fevral 2024, 12:04

"Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub və üstündən xeyli vaxt keçib. Amma onlarla bağlı yeni təqdimatlar daxil olmur. Fikrət bəyin hələ bir il dörd ayı var”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“Tək Konstitusiya Məhkəməsində deyil, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən hüquqşünaslar var. Onlar vəzifələrə təyin oluna bilər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır”.

 

Deputat eyni zamanda "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edib 70 yaşa dəyişiklik edilməli olduğunu bildirib:

 

“Dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Təklif edirəm ki, tezliklə müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir