Modern.az

Ermənilər deputatın doğmalarının qəbirlərini dağıdıblar - FOTOLAR

Ermənilər deputatın doğmalarının qəbirlərini dağıdıblar - FOTOLAR

Parlament

27 Fevral 2024, 10:04

Milli Məclisin 120 saylı seçki dairəsindən olan deputatı Ceyhun Məmmədov doğulduğu Cəbrayıl rayonunun Şükürbəyli kənd qəbiristanlığını ziyarət edib.

Modern.az-ın məlumatına görə, deputat babası, nənəsi və digər doğmalarımın qəbirlərini dağıdılmış vəziyyətdə tapıb.

“Babamın qəbiri mərmər olduğuna görə, onun üz daşlarını ermənilər oğurlayıblar. Digər qəbirlər adi daşdan olduğu üçün ona dəyməyiblər.

Qəbirstanlıqlardakı bütün daşların üzərində atəş izləri var, özü də mərhumların şəkillərində gözlərinin içinə atəş açıblar. Üzərində məscid olan qəbirlər də atəşə məruz qalıb. Sözlə bu vandallığı ifadə etmək çox çətin və ağırdır”,-deyə deputat vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir