Modern.az

Xərçəngin əmələ gəlməsində qidalanma mühüm yer tutur - Komitə sədri

Xərçəngin əmələ gəlməsində qidalanma mühüm yer tutur - Komitə sədri

Parlament

27 Fevral 2024, 15:16

Əhali arasında xəstəliklərin əmələ gəlməsində qidalanmanın böyük rolu var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri Əhliman Əmiraslanov deyib.

 

O bildirib ki, bədxassəli şişlərin əmələ gəlməsinin də 35-40 faizi qidalanma ilə bağlıdır.

 

Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var: “Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir