Modern.az

İnsanlar su kranlarını açıq qoyurlar, maarifləndirmə gücləndirilməlidir - Deputat

İnsanlar su kranlarını açıq qoyurlar, maarifləndirmə gücləndirilməlidir - Deputat

Parlament

28 Fevral 2024, 11:04

“Suyun istifadəsi ilə əlaqədar qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

 

“Biz bu gün müşahidə edirik ki, vətəndaşlar sudan səmərəli istifadə etmir. Belə ki, insanlar su kranlarını açıq qoyurlar. Buna görə də bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayan vətəndaşlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Ona görə də cinayət və inzibati xətalar məcəlləsinə xüsusi maddələr əlavə edilməlidir”,- deyə o qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi