Modern.az

Deputatlar narazılıq etdi: Bakıda su çənləri təmizlənmir - Kranı açanda qum gəlir

Deputatlar narazılıq etdi: Bakıda su çənləri təmizlənmir - Kranı açanda qum gəlir

Parlament

28 Fevral 2024, 11:20

“Əksəriyyətimiz hündürmərtəbəli binalarda yaşayırıq. Bu gün görürük ki, kranı açanda qum gəlir”.

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Məlahət İbrahimqızı fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

 

“Bakıda binalarda su çənlərinin təmizlənməsinə demək olar ki, nəzarət edilmir. Komendatlardan soruşuruq, mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir. Yəqni ki, aiddiyatı qurumları bununla bağlı məlumat verəcək”, - deyə o bildirib.

 

Deputat Jalə Əliyeva da bununla bağlı mövzuya toxunub:


"Təəssüflər olun ki, bu evlərə krandan su ilə birgə daş, qum və mənşəyi məlum olmayan parçalar axıdılır. Bakı şəhərində yeni tikilən binalara su onların həyətində MTK-lar tərəfində tikilmiş çən vasitəsilə verilir. Həmin çənlər neçə vaxtdan bir təmizlənir, buna nəzarət və cərimə mexanizmi varmı?".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi