Modern.az

Deputat: Su qıtlığı ilə bağlı birbaşa dövləti qınamaq düzgün olmaz

Deputat: Su qıtlığı ilə bağlı birbaşa dövləti qınamaq düzgün olmaz

Parlament

28 Fevral 2024, 11:52

"Su qıtlığı ilə bağlı birbaşa dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat İltizam Yusifov bildirib. 

 

O qeyd edib ki, əhali tərəfindən də suyun səmərəli istifadəsini də nəzarətə götürmək lazımdır:

 

"Azərbaycan dünyada içməli suyun keyfiyyətinə görə 100 ballıq şkala üzrə 50 baldan aşağı göstəricidə qərarlaşıb. Biz keçən il yeni içməli su standartı qəbul etmişik. Buna qədər də standartımız var idi. Amma yekunda biz yenə də, xüsusən də Bakıda içməli suyu də istifadə edə bilmirik. Su yekunda gəlir bir çənə tökülür və evlərdə krantlardan həmin o qumlu sular gəlir. Nəticədə biz emal etdiyimiz, xərc çəkdiyimiz təmiz suyu insanlara çatdıra bilmirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi