Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) qanunvericilik təşəbbüsü hüququnun verilməsi təklif edilib.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Tahir Kərimli çıxış edib.
“Bunun üçün təbii ki, qanunvericilikdə dəyişiklik edilməlidir. Gələcəkdə bu məsələyə baxıla bilər”,-deyə deputat bildirib.