Modern.az

Deputat narkotik istifadəçilərinin həbs olunmamasını TƏKLİF ETDİ

Deputat narkotik istifadəçilərinin həbs olunmamasını TƏKLİF ETDİ

29 Fevral 2024, 15:20

Milli Məclisdə narkotik istifadəçilərin həbs olunmaması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Tahir Kərimli çıxış edib.

 

“Narkotik istifadəçilərinin çoxu çöldə qalır, bəziləri isə cəza çəkir. Burada müəyyən ədalətsizlik yaranır. Bu gün cəzaçəkmə müəssisələrinin yarısından çoxu narkotik istifadəçiləridir. Sonra narkomanların adına məhkumluq yaranır ki, bu da onların gələcək işində, həyatında problemlər yaradır. Düşünürəm ki, ümumiyyətlə bu cür şəxslər həbs olunmamalıdır. Onlar məhkumluqdansa, müalicəyə yönləndiriməlidir. Bundan sonra həmin insanlar cəmiyyətə qaytarılmalıdır”,-deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi